Previous Next
Bağla

  “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!  

20-07-2022 20:34
   “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!     

19 iyul 2022-ci il tarixində Azərbaycanlı əhalinin işğaldan azad olunan Qarabağ torpaqlarına “Böyük Qayıdış”ı başladı. Azad edilmiş ərazilərdə ilk mobil rabitə xidmətini təqdim edən Azercell şirkəti bu tarixi hadisəyə - 30 ilə yaxındır yurd həsrəti ilə yaşayan ailələrin Zəngilan rayonunda Ağalı kəndinə qayıtmasına öncədən hazırlaşdı. Qeyd edək ki, Zəngilana qayıdacaq ilk 100 ailə Azercell-dən 5 GB internet almaqla yanaşı, xüsusi hədiyyələrlə qarşılanacaq.

Xeberler.az bildirir ki, ölkəmizdə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “Ağıllı kənd” layihəsinin icra olunduğu Ağalı kəndində bu ilin iyunundan etibarən “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir. Abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqədə şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlarının icrası mümkündür. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edirlər. Paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, Ağalı kəndində yerləşən mağazada da gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə etmək, mobil telefonları kredit və nağd şəkildə satın almaq mümkündür.

Həyatın yenidən qayıtdığı ərazilərimizdə “Böyük Qayıdış”ı təmin etmək üçün yenidənqurma işləri, bütün istiqamətlər üzrə infrastrukturun bərpası, müxtəlif istiqamətli genişmiqyaslı işlər və sosial layihələr həyata keçirilir. Azercell şirkəti də özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə əsaslanaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verir və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə ən müasir radio baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.

Bundan əlavə, azad olunmuş ərazilərimizdə Azercell-in şəbəkəsindən faydalanan abunəçilərə dəstək məqsədilə şirkətin Müştəri Xidmətləri komandası Zəngilanın Ağalı kəndi də daxil olmaqla, bir çox bölgələr, o cümlədən Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edib, abunəçilərə ödənişsiz xidmət göstəriblər.

Azercell şirkəti böyük sevinc və qürur hissi ilə işğaldan azad olunmuş torpaqlara qayıdan həmvətənlərimizi ən qabaqcıl telekommunikasiya xidmətləri ilə təmin etmək üçün öz infrastrukturunu qurmağa davam edir, bu ərazilərin dirçəlməsi və yenidən qurulması prosesində iştirak etməyə hazır olduğunu bəyan edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!   

Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!  

03-06-2022
Azercell Eksklüziv tezliklə Şuşada!

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022
Azercell Mobil Müştəri Xidmətləri Şuşada

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021
“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021
“Azercell” artıq Laçındadır!

“Azercell” artıq Laçındadır!

09-01-2024
“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023
Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023
Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

19-07-2023
Azercell Füzulidə! 

Azercell Füzulidə! 

19-02-2024
Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

08-04-2022
Azercell Xankəndidə!

Azercell Xankəndidə!

11-03-2024
Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022
İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020
"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022
Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz  artıb

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb

09-12-2022
Azercell yeni genişmiqyaslı layihəyə start verdi

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Azercell daha bir mağazasını abunəçilərin ixtiyarına verdi

Azercell daha bir mağazasını abunəçilərin ixtiyarına verdi

29-08-2018
Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
Azercell  azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

Azercell azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

23-10-2020
İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

06-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə